Bakıdan Ağstafaya istirahətə gedən 11 yaşlı oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Bu haqda bu gün, 8 iyul tarixində Qafqazinfo məlumat verib.
İlkin araşdırmalara əsasən, yeniyetmə nənəsinin bağçasında uşaqlarla oynayan zaman boğazına ip dolaşması nəticəsində boğularaq ölüb.
4-cü sinif şagirdinin cəsədi dəfn edilməsi üçün Bakıya yola salınıb. Faktla bağlı araşdırma aparılır.