Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 14 iyul tarixində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat verib.
Qəza Daxili İşlər Nazirliyinin xəstəxanasının yaxınlığındakı körpüdə (“20 Yanvar” metrostansiyası istiqamətində) qeydə alınıb.
Nəticədə ərazidə tıxac yaranıb. Sürücülərə yol seçərkən bunu nəzərə almaları tövsiyə olunur.
[caption id="attachment_52480" align="alignnone" width="800"]
Foto Daxili İşlər Nazirliyini Telegram kanalı[/caption]