“AZZA” şirniyyat mağazaları şəbəkəsini məhkəməyə vermək istəyən Bakı sakini həbs olunub. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Cavad İsmayılov (ad şərtidir) “AZZA”-dan aldığı tortdan milçək çıxdığını iddia edib və şirkət rəhbərliyindən məlumatın yayılmaması üçün 5000 manat tələb edib.
Şirkət nümayəndəsi C.İsmayılovu baş ofisə çağıraraq ona 1000 manat verib və qalan pulu axşam çatdıracağını qeyd edib. İddiaçı isə pulu götürməyərək, tam məbləğ üçün axşam qayıdacağını bildirib.
Bundan sonra “AZZA” rəhbərliyi polisə şikayət edib. Nəticədə Cavad İsmayılov 3 il müddətinə azadlıqdan məhrum edilib.