Paytaxt sakinləri Siyəzən şəhərində baş vermiş avtoqəzada həlak olublar. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakini Etibar Əliyevin sürücüsü olduğu “Ford Transit” markalı avtomobil və F.Məmmədovun idarə etdiyi “Volvo” markalı nəqliyyat vasitəsi toqquşublar. Nəticədə E.Əliyev və sərnişini Azad Əliyev hadisə yerində dünyasını dəyişiblər.
Faktla bağlı araşdırma davam edir.