İsmayıllı rayonunun Diyallı kəndi ərazisində 31 iyul, saat 08:00 radələrində Bakı sakinlərinin iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
İki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən biri aşıb. Avtomobilin sürücüsü Ruslan Hacıyev aldığı xəsarətlərdən yerindəcə keçinib, sərnişini isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.