Bakı-Sumqayıt yolunda qəza baş verib. Bu haqda BakuPlus.az bu gün, 28 iyun tarixində xəbər verir.
Hadisə ötən gün, şosenin ikinci dərəcəli yolunda Bakı istiqamətində qeydə alınıb. “KİA” markalı avtomobillə “BMW” markalı nəqliyyat vasitəsi yol kəsişməsində toqquşublar.
Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb.
Avtomobillərə ciddi ziyan dəyib.
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2022/06/whatsapp-video-2022-06-27-at-19.22.09.mp4"][/video]