“Buzovna”, “Görədil”, “Mərdəkan” və “Astara” sularında, qeyri-çimərlik ərazilərində 9 nəfər batmaqdan xilas edilib. Bu haqda 18 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Xilasetmə əməliyyatı FHN-in xilasetmə məntəqəsinin əməkdaşları tərəfindən aparılıb.