Əcnəbiləri Azərbaycana qanunsuz keçirən şəxslər məsuliyyətə cəlb ediliblər. Bu haqda 24 iyun tarixində Report məlumat verib.
Xarici ölkə vətəndaşlarını Azərbaycanın dövlət sərhədindən qanunsuz olaraq ölkə ərazisinə keçirən Bakı sakini, 31 yaşlı Rasif Ağayev və Yardımlı sakini, 52 yaşlı Ənvər İsayev saxlanılıblar. Onlar İran İslam Respublikasında yaşayan şəxslərlə qabaqcadan sözləşərək dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar gizli keçiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin “Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə” maddəsi ilə ittiham irəli sürülüb.