Bakı İstintaq təcridxanasında həbsdə olan məhkuma narkotik keçirmək istəyən ata saxlanılıb. Bu haqda 6 iyul tarixində Bakivaxti.az məlumat verib.
Nizami Səfərov həbsdə olan oğlu Cavid Səfərovla görüşə gəlib. Atası tərəfindən gətirilən sovqata baxış keçirilib və şalvarın yan cibində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,060 qram olan heroin tapılıb.
Faktla bağlı araşdırma davam edir.