Bakının Heydər Əliyev adına Beynəlxalq aeroportunda eniş edən sərnişinlər arasında sıxlıq müşahidə olunur. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az məlumat verir.
İlkin məlumata görə, sıxlığa səbəb Dövlət Sərhəd Xidmətinin (DSX) sistemində yaranan problem olub.
DSX postları gələnlər barədə məlumatları elektron sistemə daxil edə bilmədiyi üçün, insanlar gözləmək məcburiyyətində qalıblar. Bu da pasport nəzarətinin qarşısında uzun növbənin yaranmasına səbəb olub.
Hazırda məsələ öz həllini tapıb. Sərnişinlərin növbə ilə keçid məntəqəsindən buraxılmasına başlanılıb.
[video width="640" height="448" mp4="https://bakuplus.az/storage/photos/2022/07/img_6928.mp4"][/video]