Paytaxt sakininə qarşı qulduruq edən şəxs Xırdalanda saxlanılıb. Bu haqda BakuPlus.az bu gün, 28 iyun tarixində xəbər verir.
Xırdalan şəhərində Bakı şəhər sakini T.Səfərova zor tətbiq edərək mobil telefonunu və 30 manatını talamaqda və bıçaqla ayaq nahiyəsinə xəsarət yetirməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Şamaxı rayon sakini K.Əhmədov və Ağdam rayon sakini V.Kərimov saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb.