İyulun ilk 5 günü ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə 8 nəfər müraciət edib. Bu haqda BakuPlus.az Modern.az-a istinadən bu gün, 6 iyul tarixində xəbər verir.
Bununla bağlı müraciətlərin hər biri qarpızdan zəhərlənmə ilə əlaqəli olub.
Kliniki Tibbi Mərkəzdən bildirilib ki, zəhərlənmə şübhəsi ilə müraciət edənlərin arasında onlar arasında dünyasını dəyişən, ağır vəziyyətdə olan müşahidə edilməyib.
Şikayətçilərin hər biri müalicə olunaraq evə buraxılıb.