Məhəmmədli qəsəbəsi ərazisində ölümlə nəticələnən avtoqəza baş verib. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az Unikal.org-a istinadən xəbər verir.
"Ford Transit" markalı avtomobillə TIR markalı yük maşınının toqquşması nəticəsində bir nəfərin öldüyü bildirilir.
Hadisə yerinə təcili tibbi yardım və polis cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Yenilənib: 11:50
Qəza zamanı həlak olan “Ford” sürücüsünün kimliyi müəyyənləşib. Onun Tovuz sakini Elman Qəhrəmanov olduğu məlum olub.