Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları hava limanında narkotik qaçaqmalçılığının qarşısını alıblar. Bu haqda bu gün, 19 iyul tarixində Dövlət Gömrük Komitəsi məlumat verib.
Bakı-Doha aviareysi ilə gələn Maldiv Respublikasının vətəndaşı Mohamed Naasir baqajının rentgen ilə yoxlanılması zamanı çamadanının alt hissəsində şübhəli görüntülər aşkar edilib.
Mohammed Naasir steril zonadan müayinə otağına çağırılıb və onun çemodanı gömrükdə diqqətlə yoxlanılıb. Baxış zamanı çamadanın alt hissəsinə bərkidilmiş sarı rəngli yastı sellofan bağlamada, gömrük nəzarətindən gizlədilən, açıq qəhvəyi rəngli toz halında, xalis çəkisi 3660 qram olan heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.