Bakı metrosunun 2 stansiyasında cinayət hadisəsi baş verib. Bu haqda 4 oktyabr tarixində Lent.az məlumat verib.
Belə ki, "Koroğlu" metro stansiyasında naməlum şəxs 25 yaşlı Ülviyyə İmanlını döyüb.
Digər hadisə isə "İnşaatçılar" stansiyasında baş verib. 23 yaşlı sərnişin Aydın Rüstəmzadə naməlum şəxs tərəfindən döyülüb.
Hər iki faktla bağlı Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.