Təl-Əviv-Moskva marşrutu ilə uçan təyyarə Bakıda təcili eniş edib. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Heydər Əliyev adına Beynəlxalq Hava Limanına istinadən xəbər verir.
İsrailin "El Al İsrael Airlines" aviaşirkətinin hava gəmisində olan sərnişinin vəziyyəti pisləşib. Bu səbəbdən təyyarə Bakıya təcili eniş edib, ancaq sərnişin eniş əsnasında ürəktutmasından vəfat edib.