“Moskva” Ticarət Mərkəzi cərimə edilib. Bu haqda 20 iyul tarixində Bizim.media məlumat verib.
Ticarət mərkəzi açıq məkanda qanunsuz reklam yerləşdirdiyi üçün
İnzibati Xətalar Məcəlləsinin “Müvafiq icazə, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə” maddəsi ilə 5 min manat məbləğində cərimə olunub.
“Moskva” Ticarət Mərkəzi Azərbaycanda ən böyük qızıl satışı məntəqələrindən biridir.