8 Noyabr prospektində qəza baş verib. Bu haqda 16 avqust tarixində Qafqazinfo məlumat verib.
“Nargilə” kafesinin yaxınlığında “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü idarəetməni itirərək “Mercedes” və “BMW” markalı maşınlara çırpılıb. Qəza nəticəsində “Chevrolet Cruze”-un sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerində polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunublar.