BDYPİ və Hacıqabul RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Kərimovun idarə etdiyi “Kia” markalı avtomobil saxlanılıb. Sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib.
Şəxsi axtarış zamanı sürücünün avtomobilində 1 kiloqram 150 qramdan artıq heroin və 400 qram metamfetamin aşkar olunub.