Bakı-Quba yolunun 94-cü km-də, Siyəzən rayonu ərazisində baş verən qəzada paytaxt sakini xəsarət alıb. Bu haqda BakuPlus.az Bizim.Media-ya istinadən bu gün, 26 iyul tarixində xəbər verir.
Hadisə 35 yaşlı Bakı sakini, Rusiya əsilli Karina Varlamkina Bakı istiqamətində hərəkət edərkən baş verib. Onun idarə etdiyi "Nissan Tiida" markalı nəqliyyat vasitəsi 43 yaşlı Ramazan Esmaeilin idarə etdiyi "Volvo" markalı yük avtomobili ilə toqquşub.
Qadın sürücü ağır xəsarətlərlə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Avtomaşında olan digər xanım sərnişinlər yüngül xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.