Respublika Narkoloji Dispanserində ölüm hadisəsi baş verib. Bu haqda 1 iyul tarixində Qafqazinfo məlumat verib.
Bu gün səhər saat 05:00 radələrində Maştağa qəsəbəsində yerləşən xəstəxanada müalicə olunan 51 yaşlı Cəfər Cəlilov naməlum səbəbdən dünyasını dəyişib. Müayinə aparılsa da, onun ölüm səbəbi aşkar edilməyib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma gedir.