Bu gün, 28 iyun saat 01:00 radələrində paytaxtın Sabunçu rayonunda 31 yaşlı kişi qətlə yetirilib. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Rasim Əhmədov mübahisə zamanı bıçaqlanıb. O, xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.
Cinayəti törətməkdə şübhəli bilinən 37 yaşlı Vüqar Əliyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.