Bakının Sabunçu rayonunda vətəndaşdan narkotik aşkarlanıb. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində 33 yaşlı Vüqar Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Baxış zamanı ondan metamfetamin, marixuana və güclü təsiredici maddə olan 42 ədəd preqabalin həbi aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.