Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar. Bu haqda bu gün, 2 iyul tarixində Dövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat verib.
İstanbul-Bakı aviareysi ilə gələn 3 Azərbaycan Respublikası vətəndaşı nəzarətə götürülərək baxış otağına dəvət olunub.
Şəxsi yoxlama zamanı vətəndaşların üzərində qanunsuz yolla ölkə ərazisinə gətirmək istədikləri 215 ədəd dərman preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.