Bakıda narkotikin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb. Bu haqda 25 iyul tarixində Report məlumat verib.
Suraxanı rayonunda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü Balahəsən Ağayev idarə etdiyi “Ravon” markalı avtomobilin sükanı arxasında olan zaman saxlanılıb. O, heroin qəbul etdiyini etiraf edib.
Sürücü barəsində protokol tərtib olunub. Balahəsən Ağayevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
[caption id="attachment_53916" align="alignnone" width="800"]
Foto Report.az saytı[/caption]