Bakıda eynək oğurlayan şəxsin qanunsuz əməli kameraya düşüb. Bu haqda BakuPlus.az Baku Tv-yə istinadən bu gün, 4 iyul tarixində xəbər verir.
Görüntülərdə bir nəfərin mağazadan 150 AZN-lik eynəyi oğurlaması öz əksini tapıb.
Mağaza rəhbərliyinin iddiasına görə, eynəyi oğurlayan şəxs mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingizdir.