Xəzər dənizində qanunsuz ovla məçğul olan iki Bakı sakini saxlanılıb. Bu haqda 17 avqust tarixində APA məlumat verib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xızı rayonu ərazisində ova cəhd edən Bakı şəhər sakinləri Elşad Əyyubov və Rəşad Kərimov saxlanılıblar.
Faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.