Xocalıda baş vermiş qəzada paytaxt sakini dünyasını dəyişib. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 18 avqust tarixində xəbər verir.
Avqustun 17-si səhər saat 08:00 radələrində rayonun Çanaqçı kəndi ərazisində Bakı şəhər sakini Bəhruz Zeynalov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.
Nəticədə sürücü hadisə yerində ölüb.
Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.