Bakıda 14 avqustda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 15 avqust tarixində Bakuplus.az məlumat verir.
Qəza Azadlıq və Ziya Bunyadov prospektlərinin kəsişməsində baş verib. Belə ki, “Kia” markalı avtomobil “Toyota Prius” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb. Avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə YPX-nın əməkdaşları cəlb olunublar.
[video width="352" height="640" mp4="https://bakuplus.az/storage/photos/2022/08/whatsapp-video-2022-08-15-at-14.46.40_1.mp4"][/video]