Bakıda avtomobilin vurduğu yeniyetmə qız ölüb. Bu haqda BakuPlus.az Lent.az-a istinadən bu gün, 10 avqust tarixində xəbər verir.
Zabrat-Maştağa yolunda 67 yaşlı Yusif Əliyev idarə etdiyi "VAZ" markalı avtomobil ilə yolu keçən 16 yaşlı Nəzrin Ələsgərovanı vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.