Bakıda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Bu haqda BakuPlus.az bu gün, 8 avqust tarixində xəbər verir.
Ötə gün paytaxtın Ziya Bünyadov prospektində “Mercedes”, “Hyundai” və “Toyota Prius” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Hyundai”-a ciddi ziyan dəyib.
Qəza nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.
Hadisə prospektdə uzunmüddətli tıxaca səbəb olub.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2022/08/img_8847.mp4"][/video]