top
2025-ci ildə həyatını itirən məşhurlarımız – ÖZƏL ARAŞDIRMA
30 dekabr 2025, 13:54
- ↺ +

2025-ci ildə həyatını itirən məşhurlarımız – ÖZƏL ARAŞDIRMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2025-ci il Azərbaycan üçün mədəniyyət, incəsənət və ictimai həyat baxımından ağır itkilərlə yadda qaldı. İl ərzində ölkənin tanınmış sənət adamları, yazıçıları, jurnalistləri və ictimai xadimləri dünyasını dəyişdi. Onların hər biri öz fəaliyyəti ilə cəmiyyətin yaddaşında iz qoymuş simalar idi.

Bakuplus.az 2025-ci ildə vəfat etmiş azərbaycanlı məşhurların tam siyahısını təqdim edir:

2025-ci ilin ilk günlərində, yanvarın 5-də tanınmış aktyor Azər Baxşəliyev 39 yaşında dünyasını dəyişdi. Onun ölümünə böyrək çatışmazlığı səbəb olub.

Yanvar ayının 15-də aktrisa Çimnaz Sultanova bağırsaq xərçəngi səbəbi ilə 43 yaşında vəfat edib.

Fevralın 15-də Əməkdar jurnalist Yasin Qaraməmmədli 86 yaşında uzun sürən xəstəlikdən sonra həyata gözlərini yumub.

Fevral ayının 17-də Ədalət Partiyasının sədri, keçmiş baş prokuror İlyas İsmayılov 87 yaşında multiorqan çatışmazlığı səbəbindən vəfat edib.

Mart ayının 16-da görkəmli sənətkar, Xalq artisti Ənvər Həsənov uzun sürən xəstəlikdən sonra 74 yaşında dünyasını dəyişib.

Elə həmin gün xalqımız daha bir itki ilə üz-üzə qaldı. Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev 76 yaşında vəfat edib.

Martın 17-də tanınmış rəssam  Nağdəli Xəlilov 79 yaşında beyinə qan sızması və oksigen çatışmazlığı səbəbindən həyatla vidalaşıb.

Aprelin 24-də rejissor Nicat Rzazadə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

İyunun 28-də Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, tanınmış təhsil eksperti Nadir İsrafilov 73 yaşında dünyasını dəyişib.

İyulun 8-də gənc şair Həsən Kür 29 yaşında beyin qanaması nəticəsində vəfat edib.

İyul 19-da şair publisist Soltan Abbas 92 yaşında həyata gözlərini əbədi yumub.

İyul 24-də Azərbaycan Sosial Rifah Partiyasının keçmiş sədri, sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib.

Avqust ayının 1-də Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev 87 yaşında kəskin tənəffüs çatışmazlığından dünyasını dəyişib.

Avqustun 2-də Şəki Dövlət Dram Teatrının aktrisası Brilyant Babayeva uzun sürən xəstəlikdən sonra 62 yaşında vəfat edib.

Avqustun 3-də Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyev 82 yaşında dünyasını dəyişib.

Avqustun 13-də şair, nasir, jurnalist Kəramət Şükürov 68 yaşında infarktdan vəfat edib.

Avqustun 14-də yazıçı, prodüser Vüqar Tapdıqlı 63 yaşında dünyasını dəyişib.

Avqustun 16-da "Şöhrət ordenli"  yazıçı Vidadi Babanlı 98 yaşında vəfat edib.

Avqustun 19-da şair, publisist Məmməd İsmayıl 85 yaşında ürək çatışmazlığı səbəbindən həyatla vidalaşıb.

Avqustun 20-də şair, publisist Arif Abdüloğlu 86 yaşında dünyasını dəyişib.

Avqustun 24-də tanınmış rejissor, ssenarist Zaur Məhərrəmov 87 yaşında vəfat edib.

Avqustun 27-də jurnalist, siyasi şərhçi Rüstəm Qaraxanlı 47 yaşında qəfil səhhətində yaranan problem səbəbindən dünyasını dəyişib.

Sentyabrın 8-də Xalq rəssamı, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev 77 yaşında ağciyər xərçəngindən  dünyasını dəyişib.

Sentyabrın 13-də Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Hacı Murad Yağızarov Almaniyada vəfat edib. Sentyabrın 16-da nəşi Azərbaycana gətirilib.

Sentyabrın 29-da Əməkdar artist Cabir İmanov infarkt səbəbilə 49 yaşında həyatını itirib.

Oktyabrın 3-də Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev 75 yaşında dünyasını dəyişib.

Oktyabrın 6-da Əməkdar artisti Vahid Əliyev 73 yaşında vəfat edib.

Oktyabrın 9-da Xalq artisti Əminə Yusifqızı 89 yaşında dünyasını dəyişib.

Oktyabrın 12-də jurnalist Nizami Rəhmanlı 73 yaşında vəfat edib.

Oktyabrın 13-də şair Əlisəmid Kür 71 yaşında dünyasını dəyişib.

Oktyabrın 15-də Xalq artisti, tanınmış tarzən, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı  Ramiz Quliyev 78 yaşında vəfat edib.

Oktyabrın 16-da Məşhur pambıq ustası, Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova 86 yaşında dünyasını dəyişib.

Oktyabrın 16-da Əməkdar artisti Rəşad Bəxtiyarov 46 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Noyabrın 11-də 96 yaşlı Xalq artisti, məşhur rəqqasə Roza Cəlilova dünyasını dəyişib.

Noyabrın 18-də 66 yaşlı Əməkdar artist Yadigar Muradov  vəfat edib.

Dekabrın 19-da meyxanaçı Ağakərim - Kərim Novruzov 61 yaşında uzun sürən xəstəlikdən sonra dünyadan köçüb.

2025-ci ildə vəfat etmiş bu tanınmış simalar Azərbaycan mədəniyyətinə və ictimai həyatına verdikləri töhfələrlə yaddaşlarda qalacaqlar. Onların xatirəsi daim ehtiramla anılacaq.

Nəzrin Vahid 

Son xəbərlər

Xəbər
Bu gün, 09:54

Arvadını və qayınatasını öldürən, ömürlük həbsə məhkum edilən şəxs qərardan narazıdır

Aktual Xəbərlər
Bu gün, 09:32

Çempionlar Liqası: "Sabah" Bakıda "Slaviya"nı qəbul edir

Aktual Xəbərlər
Bu gün, 09:20

Əməkdar artist Hamlet Qurbanovun doğum günüdür

Aktual Xəbərlər
Dünən, 17:34

"Qarabağ"da gözlənilməz ayrılıq

Aktual Xəbərlər
Dünən, 17:17

Bakıda küləkli hava gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 16:27

Magistral yollarda görünüş məsafəsi ilə bağlı XƏBƏRDARLIQ

Xəbər
Dünən, 15:24

Ali məktəblərə qəbulda ən yüksək nəticə göstərən tələbələrə Prezident təqaüdü verildi

Xəbər
Dünən, 15:00

Siqaret çəkənlərin sayına görə Azərbaycan dünyada neçənci yerdədir?

Xəbər
Dünən, 14:38

MMC direktoru məhkəmə qərarını icra etmədi – Bank hesablarına həbs qoyuldu

Xəbər
Dünən, 14:24

Evini kirayə verənlər nələri bilməlidir? - YENİ QAYDALAR

Xəbər
Dünən, 13:49

Ölkədə ətin qiyməti bahalaşdı

Xəbər
Dünən, 13:34

Xarici vətəndaşlara Azərbaycanda 7,3 milyon manat ƏDV qaytarılıb

Xəbər
Dünən, 13:26

Sabah hava necə olacaq?

Aktual Xəbərlər
Dünən, 13:04

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Aktual Xəbərlər
Dünən, 12:29

Bu ay Azərbaycanda meteor yağışı müşahidə edilə bilər

Xəbər
Dünən, 12:01

Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - SİYAHI

Xəbər
Dünən, 11:51

Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi

Aktual Xəbərlər
Dünən, 11:26

Bakıda milyonluq mənzillər: onları bu qədər bahalı edən nədir?

Xəbər
Dünən, 10:00

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlandı

Xəbər
11 oktyabr 2026, 21:00

12-18 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
10 oktyabr 2026, 17:18

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Xəbər
10 oktyabr 2026, 16:24

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Xəbər
10 oktyabr 2026, 14:54

Bakıda müştəri 600 qram araq içib kafe sahibini BIÇAQLADI

Xəbər
10 oktyabr 2026, 13:30

Başqa qadınla yazışmaq 1500 manata başa gəldi

Oxşar xəbərlər