Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində olan hökmdən apellyasiya şikayətinə sabah baxılacaq.
Şikayətin baxılması Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin icraatına verilib.
Xatırladaq ki, Xəzər rayon Məhkəməsinin hökmünə əsasən, İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs edilib.
Mənbə: azxeber.сom