Niderlandın "Ayaks" klubu Çempionlar Liqasının 6-cı turunun Bakıda "Qarabağ"la oyununda 6 futbolçunun xidmətindən istifadə edə bilməyəcək.
Qafqazinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kennet Teylor, Vout Veqhorst, Yosip Şutalo, Ceyms Makkonnell, Cerald Aalders və Stiven Berqhuis qarşılaşmanı buraxacaq.
Onların Bakıya gətirilmədiyi bildirilir.
"Qarabağ" – "Ayaks" matçı Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.