top
Bakıda ahıl qadına qarşı quldurluq edən şəxsə ağır cəza verildi
29 noyabr 2025, 12:20
- ↺ +

Bakıda ahıl qadına qarşı quldurluq edən şəxsə ağır cəza verildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda 1956-cı il təvəllüdlü qadının evinə basqın edərək onu öldürməyə cəhddə ittiham olunan şəxsin işi üzrə istintaq yekunlaşıb, ona hökm oxunub.

Oxu.az-ın məlumatına görə, hadisə 2025-ci il mayın 29-da baş verib.

Belə ki, Cümşüd Abbasov (ad və soyad şərtidir) zərərçəkmişin mənzilinin qapısını döyüb qonşusu olduğunu, binaya elektrik və suyun verilişində ümumi problemlə əlaqədar mənzilə baxış keçirmək istədiyini bildirib. O, bu yolla zərərçəkmişi aldadıb, mənzilin qapısını açmasına nail olduqdan sonra üzərindəki bıçaqla hədə-qorxu gələrək, ona basqın edib. Abbasov zərərçəkmişin bədəninin müxtəlif nahiyələrinə, o cümlədən qarın və döş boşluqlarına bir neçə dəfə zərbələr endirib. Daha sonra baş örtüyü ilə mərhumun qollarını və ayaqlarını çarpayıya bağlayıb.

C.Abbasov bundan sonra zərərçəkmişin qulaqlarında olan 720 manat dəyərində bir cüt qızıl sırğanı, masanın üzərində olan bir ədəd beş manatlıq əskinası, 180 manat dəyərində "Samsung Galaxy A10" markalı mobil telefon cihazını, ümumilikdə 905 manat dəyərində əmlakı quldurluq etməklə talayıb.

O, mərhumun aman diləməsinə və yalvarışlarına baxmayaraq bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə davam edib. C.Abbasov xəsarətlərin nəticəsində ahıl qadının öldüyünü düşünərək mənzili tərk edib.

Lakin qadın müvazinətini toplamaqla əl-qolunu açaraq mənzildən çıxıb və binanın qarşısına enib. Daha sonra ətrafda toplaşmış şəxslər təcili tibbi yardım çağırıblar. Qadın xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib.

Bakı Ağı Cinayətlər Məhkəməsinin qərarı ilə C.Abbasova 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

 

Son xəbərlər

Xəbər
Bu gün, 10:55

Yasamalda məktəbdə faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

Siyasət
Bu gün, 10:53

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Xəbər
Bu gün, 10:13

Xırdalan dairəsində avtomobil açıq lüka düşüb - VİDEO

Xəbər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Xəbər
Bu gün, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Siyasət
Dünən, 21:00

Mehdiyev dövlət təltiflərini də itirəcək

Siyasət
Dünən, 20:43

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Xəbər
Dünən, 17:28

Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Xəbər
Dünən, 17:26

Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb

Siyasət
Dünən, 17:17

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb

Xəbər
Dünən, 16:55

Bakıda kişi paltaryuyan maşının səsinə görə arvadını döydü

Xəbər
Dünən, 16:33

Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?

Aktual Xəbərlər
Dünən, 15:21

"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib

Xəbər
Dünən, 14:37

Model Razi Əliyevanı döyən iş adamına 9 il 6 ay HƏBS

Xəbər
Dünən, 13:37

Azərbaycanda icra başçısı cərimələndi

Siyasət
Dünən, 13:17

Penitensiar xidmətə yeni rəis təyin edildi

Xəbər
Dünən, 11:47

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Xəbər
Dünən, 11:23

Kişi telefonuna baxmaq istəyən sevgilisini döydü

Siyasət
Dünən, 11:08

Azərbaycan Prezidenti: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi birləşdilər

Siyasət
Dünən, 11:08

Prezident: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır

Siyasət
Dünən, 10:43

İlham Əliyev Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb

Xəbər
Dünən, 10:30

Bakıda yeni park salınır - FOTO

Xəbər
Dünən, 10:11

İdarə əməkdaşları zibil yeşiklərini oğurladılar - 70 manata satdılar

Xəbər
Dünən, 09:41

23 yaşında vəfat etdi, nişanlısı bir daha ailə qurmadı - Dahi bəstəkarın anım günüdür

Xəbər
Dünən, 09:21

Nərimanov rayonunda bəzi ərazilərdə qaz təchizatında fasilə yaranacaq

Xəbər
Dünən, 09:14

Yasamalın bir hissəsində bu gün elektrik enerjisi olmayacaq

Xəbər
Dünən, 09:10

"Ceyhun Sabunçu" ləqəbli Cəlal Mirağayevin qətli ilə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Xəbər
Dünən, 00:05

Ermənilərin Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür

Oxşar xəbərlər