top
Balaxanıda xaos: Zibillik, palçıq, su - Sakinlər kömək istəyir
14 mart 2026, 10:27
- ↺ +

Balaxanıda xaos: Zibillik, palçıq, su - Sakinlər kömək istəyir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən Təbriz Xəlilbəyli küçəsində uzun müddətdir davam edən antisanitar vəziyyət sakinləri təngə gətirib.

Bu barədə Bakuplus.az-a ərazidə yaşayan vətəndaşlar məlumat veriblər.

Sakinlərin sözlərinə görə, Balaxanı ilə Sabunçu qəsəbələrini birləşdirən və "Zavod yolu" kimi tanınan hissə tullantılarla dolu vəziyyətdədir, yağışlı havalarda isə əraziyə çirkab sular yığılır və yol faktiki olaraq keçilməz olur.

Onların bildirdiyinə görə, problem yeni deyil və artıq 3–4 ildir davam edir. Qış aylarında yağan yağışlar zamanı ərazi tez-tez su altında qalır. Buna səbəb kimi yol kənarlarının torpaq və tullantı təpəcikləri ilə doldurulması göstərilir. Nəticədə suyun axını üçün şərait yaranmır, yol palçıqlı vəziyyətə düşür və hərəkət xeyli çətinləşir.

Sakinlər qeyd ediblər ki, bir müddət əvvəl problemin həlli üçün müəyyən işlərin görüləcəyi bildirilsə də, faktiki olaraq yolun əsaslı təmiri aparılmayıb. Ərazi yalnız torpaq, daş-kəsək və tikinti qalıqları ilə doldurulub, kənarlarda isə xəndəklər qazılıb.

Bildirilib ki, əraziyə tez-tez traktor və yük avtomobilləri ilə torpaq və tullantılar gətirilərək boşaldılır ki, bu da vəziyyəti daha da ağırlaşdırır. Sözügedən yol gündəlik marşrut xətti kimi istifadə olunduğundan, avtobus sürücüləri də mövcud vəziyyətdən narazıdır.

Sakinlər sonda vurğulayıblar ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nə bələdiyyə, nə də yerli icra orqanları problemin həlli üçün konkret addım atmayıb.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər