top
Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? - AÇIQLAMA
31 oktyabr 2025, 16:02
- +

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? - AÇIQLAMA

Əməkdar artist Cabir İmanovun bu ilin sentyabrında vəfat etməsindən sonra onun daha əvvəl çəkildiyi reklamlara aid lövhələrin Bakı Metropoliteninin stansiyalarında, efirlərdə, nəqliyyat vasitələrinin üzərində, bilbordlarda və s. hələ də qalması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bəzi insanlar ölən şəxsin üzərindən kimlərinsə pul qazandığını deyərək, bu vəziyyəti tənqid ediblər.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, metropoliten sözügedən müqavilənin tərəfi olmadığından, reklam yayımı prosesinə müdaxilə etmək səlahiyyətinə malik deyil.

C.İmanovun reklamına çəkildiyi süd məhsullarını ölkəyə gətirən distribütor şirkətin marketinq meneceri Tural Məmmədov isə olke.az-a açıqlamasında bildirib ki, aktyorun xatirəsinə hörmət əlaməti olaraq reklamları sökməyiblər: "Həm də müqaviləmiz var. Müqavilə uzunmüddətlidir və biz onun fotosundan istifadə etmək üçün illik ödəniş etmişik. Vəfat etdiyi gün aktyora hörmət əlaməti olaraq efirlərdə onun iştirak etdiyi reklam çarxlarının yayımını müvəqqəti olaraq dayandırmışıq. Hətta buna görə ailəsi bizə təşəkkür də edib. Amma metroda reklam lövhəsinin dəyişdirilməsi daha böyük vəsait tələb edir. Biz reklamlarla bağlı mərhumun qardaşı Tahir bəylə və ailə üzvləri ilə danışmışıq, reklamların yayımının davam etməsinə etiraz etmədiklərini deyiblər".

Qeyd edək ki, C.İmanov sentyabrın 29-da Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyoru xilas etmək mümkün olmayıb. O, Yasamal qəbiristanlığında dəfn edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 09:23

Milli Qəhrəman, jurnalist - Yaşasaydı 66 yaşı olacaqdı...

Xəbər
Dünən, 23:48

6 idmançımız yarımfinala yüksəldi - Çimərlik güləşi üzrə Dünya Seriyası...

Xəbər
Dünən, 22:12

Sənədsiz ev problemi necə həll oluna bilər? – Açıqlama

Xəbər
Dünən, 21:10

Xidmət rəisi: "Kommunikasiya xətlərinin üzərində tikilən evlərin sənədləşdirilməsi mümkün deyil"

Xəbər
Dünən, 19:43

Polşa səfiri XİN-ə çağırıldı, etiraz notası təqdim edildi

Xəbər
Dünən, 18:02

IV qrupda ali məktəbə qəbul ola bilməyənlər üçün alternativ seçimlər - DİM sədri AÇIQLADI

Xəbər
Dünən, 17:16

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

Xəbər
Dünən, 15:20

Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu

Xəbər
Dünən, 14:35

"Biz "Qarabağ"dan çox şey öyrəndik" - "Sabah"ın baş məşqçisi

Xəbər
Dünən, 13:30

Bakıda tarixi binalarda təmir işləri görənlərə xəbərdarlıq olundu

Nizami
Dünən, 12:17

Əvvəl sevgilisini, sonra özünü öldürüb - Detallar məlum oldu

Xəbər
Dünən, 11:40

Nigar Fərhadın ərini DTX həbs edibmiş

Xəbər
Dünən, 11:38

Xırdalan-Biləcəri sahəsində təmir işləri başlayıb

Xəbər
Dünən, 10:38

Bakıda ata maşın almaq istəyən oğlunu bıçaqladı

Xəbər
Dünən, 09:55

Azərbaycanda bu universitetlər təhsil haqqını artırdı

Xəbər
Dünən, 09:53

Rübabə Muradovanın anım günüdür

Xəbər
27 avqust 2026, 18:00

Bakıda sirkə turşusu kişinin həyatına SON QOYDU

Xəbər
27 avqust 2026, 17:31

"Kosmetoloq"un cəzası aktrisaya görə artırıldı - Saxlanıldığı yer dəyişdirildi

Xəbər
27 avqust 2026, 16:49

"Sabah"ın polşalı üzvünə sabiq "Qarabağ"lı həmyerlisindən dəstək – "İndi peşman deyil"

Xəbər
27 avqust 2026, 16:41

Bəstəkar, dirijor olmaq üçün 60 bal kifayətdir - Şərtlər açıqlandı

Xəbər
27 avqust 2026, 16:04

Prezident İlham Əliyev "Sabah" futbol klubuna 5 milyon manat ayırıb

Xəbər
27 avqust 2026, 15:27

Xətai rayonunda üç gündür su yoxdur - YENİLƏNİB

Xəbər
27 avqust 2026, 15:19

Bakıda külək əsəcək

Xəbər
27 avqust 2026, 14:57

"Qarabağ"ın oyununa görə avtobusların dayanacaq yeri dəyişdirildi

Oxşar xəbərlər