top
Cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdıran şəxsə hökm oxundu - FOTO
19 noyabr 2024, 03:00
- ↺ +

Cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdıran şəxsə hökm oxundu - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunan Eldar Şahgəldiyevin məhkəməsində hökm oxunub.

Unikal.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə  istintaqının yekunlaşması elan olunub və dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edib.

O, təqsirləndirilən şəxsin indiki ittiham olunduğu maddəsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş öncəki cəzasına qismən əlavə olunmaqla 12 il 6 ay müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxs son sözlə çıxış edib. O, 67 yaşında olduğunu və müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini bildirərək hakimdən ən yüngül cəzanın verilməsini xahiş edib. Eldar Şahgəldiyev əlavə edib ki, dövlət ittihamçısının bildirdiyi daha öncəki cəzasının da əlavə edilməsini qəbul etmir. Dəymiş ziyanın isə oğlu tərəfindən tam olaraq ödənilib.

Hakimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan ediblər. Eldar Şahgəldiyev 9 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E. Şahgəldiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tanınıb.

Xatırladaq ki, 2020-ci ildə əvvəllər məhkum olunmuş Eldar Şahgəldiyev Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxta sənədlərlə maliyyə əməliyyatları aparan mütəşəkkil dəstənin üzvü kimi saxlanılıb. Ona Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 6 il 3 ay müddətində azadlıqdan məhrum etmə cəzası verilib.

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Xəbər
Bu gün, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Siyasət
Dünən, 21:00

Mehdiyev dövlət təltiflərini də itirəcək

Siyasət
Dünən, 20:43

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Xəbər
Dünən, 17:28

Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Xəbər
Dünən, 17:26

Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb

Siyasət
Dünən, 17:17

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb

Xəbər
Dünən, 16:55

Bakıda kişi paltaryuyan maşının səsinə görə arvadını döydü

Xəbər
Dünən, 16:33

Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?

Aktual Xəbərlər
Dünən, 15:21

"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib

Xəbər
Dünən, 14:37

Model Razi Əliyevanı döyən iş adamına 9 il 6 ay HƏBS

Xəbər
Dünən, 13:37

Azərbaycanda icra başçısı cərimələndi

Siyasət
Dünən, 13:17

Penitensiar xidmətə yeni rəis təyin edildi

Xəbər
Dünən, 11:47

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Xəbər
Dünən, 11:23

Kişi telefonuna baxmaq istəyən sevgilisini döydü

Siyasət
Dünən, 11:08

Azərbaycan Prezidenti: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi birləşdilər

Siyasət
Dünən, 11:08

Prezident: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır

Siyasət
Dünən, 10:43

İlham Əliyev Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb

Xəbər
Dünən, 10:30

Bakıda yeni park salınır - FOTO

Xəbər
Dünən, 10:11

İdarə əməkdaşları zibil yeşiklərini oğurladılar - 70 manata satdılar

Xəbər
Dünən, 09:41

23 yaşında vəfat etdi, nişanlısı bir daha ailə qurmadı - Dahi bəstəkarın anım günüdür

Xəbər
Dünən, 09:21

Nərimanov rayonunda bəzi ərazilərdə qaz təchizatında fasilə yaranacaq

Xəbər
Dünən, 09:14

Yasamalın bir hissəsində bu gün elektrik enerjisi olmayacaq

Xəbər
Dünən, 09:10

"Ceyhun Sabunçu" ləqəbli Cəlal Mirağayevin qətli ilə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Oxşar xəbərlər