top
Elçin Süleymanov: I və II qrupda dövlət sifarişli yerlərin sayı artıb – ÖZƏL AÇIQLAMA
11 avqust 2025, 17:13
- ↺ +

Elçin Süleymanov: "I və II qrupda dövlət sifarişli yerlərin sayı artıb" – ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gündən ali təhsil müəssisələrinə ixtisas seçiminə start verilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Abituriyentlər üçün həlledici mərhələ başlayıb. DİM-in məlumatına görə, bu günlərdə minlərlə gənc topladığı bal və gələcək arzuları arasında ən uyğun yolu seçəcək. Söhbət təkcə universitet adından yox, həm də illərlə qurulan karyera planlarının ilk addımından gedir. İndi hər kəs üçün sual eynidir: "Gələcəyini hansı ixtisas üzərində quracaqsan?"

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə, ixtisas seçimi abituriyentlərin həyatında əhəmiyyətli bir mərhələdir. Düzgün bir ixtisas gələcəkdə düzgün bir karyeranın ilk təməlidir:

"Təbii ki, burada əsas məqam abituriyentlərin topladığı bala uyğun universitet seçməsidir. Əvvəla hansı ixtisas üzrə oxumaq istəyin edilməlidir. Onu müəyyənləşdirməlidirlər. Daha sonra da bu ixtisasa daha yaxşı hansı universitetdə yiyələnə bilmələrini müəyyənləşdirməlidirlər. Toplanan balın ixtisasa uyğun olub-olmadığına baxılmalıdır. Bununla əlaqədar olaraq əvvəlki statistikaları nəzərdən keçirməlidirlər. Bəzi universitetlər süni intellekt əsaslı sistem formalaşdırıblar. Abituriyent balına əsasən o universitetin hansı ixtisasını seçə biləcəyini görür". 

E.Süleymanov qeyd edib ki, I və II qrupda vəziyyət ürəkaçandır:

"Təbii ki, 600-dən çox bal toplayan abituriyent əvvəlki ilə görə azdır. Düşünürəm ki, xüsusilə II qrup və I qrupda əvvəlki ilə görə ballar bir qədər aşağı düşəcək. III qrupda vəziyyət fərqlidir. Orada keçid ballarını toplayanlar daha çoxdur. Yerlər isə bir qədər azdır. IV qrupda göstərici ötən illə müqayisədə bir qədər aşağıdır. Amma bu il yeniliklər var. Qarabağ universiteti tibb ixtisası üzrə qəbul aparır. Abituriyentlərə yeni imkanlar verir. 

Dövlət İmtahan Mərkəzi bütün qruplar üzrə nəticələri açıqlayıb. Abituriyentlər buna əsasən seçim edə bilərlər. Əvvəlki illərə nisbətən bu il ümumi olaraq geriləmələr var. Bununla yanaşı I və II qrupda dövlət sifarişli yerlərin sayı artıb. III ixtisas qrupu xaric, düşünürəm ki, abituriyentlər digər qruplara aşağı ballar ilə qəbul ola biləcəklər. Təbii ki, düzgün seçim etməklə".

Qeyd edək ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə avqustun 11-dən 19 avqust saat 23:59-dək internet vasitəsilə aparılır.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Xəbər
Bu gün, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Siyasət
Dünən, 21:00

Mehdiyev dövlət təltiflərini də itirəcək

Siyasət
Dünən, 20:43

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Xəbər
Dünən, 17:28

Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Xəbər
Dünən, 17:26

Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb

Siyasət
Dünən, 17:17

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb

Xəbər
Dünən, 16:55

Bakıda kişi paltaryuyan maşının səsinə görə arvadını döydü

Xəbər
Dünən, 16:33

Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?

Aktual Xəbərlər
Dünən, 15:21

"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib

Xəbər
Dünən, 14:37

Model Razi Əliyevanı döyən iş adamına 9 il 6 ay HƏBS

Xəbər
Dünən, 13:37

Azərbaycanda icra başçısı cərimələndi

Siyasət
Dünən, 13:17

Penitensiar xidmətə yeni rəis təyin edildi

Xəbər
Dünən, 11:47

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Xəbər
Dünən, 11:23

Kişi telefonuna baxmaq istəyən sevgilisini döydü

Siyasət
Dünən, 11:08

Azərbaycan Prezidenti: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi birləşdilər

Siyasət
Dünən, 11:08

Prezident: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır

Siyasət
Dünən, 10:43

İlham Əliyev Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb

Xəbər
Dünən, 10:30

Bakıda yeni park salınır - FOTO

Xəbər
Dünən, 10:11

İdarə əməkdaşları zibil yeşiklərini oğurladılar - 70 manata satdılar

Xəbər
Dünən, 09:41

23 yaşında vəfat etdi, nişanlısı bir daha ailə qurmadı - Dahi bəstəkarın anım günüdür

Xəbər
Dünən, 09:21

Nərimanov rayonunda bəzi ərazilərdə qaz təchizatında fasilə yaranacaq

Xəbər
Dünən, 09:14

Yasamalın bir hissəsində bu gün elektrik enerjisi olmayacaq

Xəbər
Dünən, 09:10

"Ceyhun Sabunçu" ləqəbli Cəlal Mirağayevin qətli ilə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Oxşar xəbərlər