Abşeron rayonunun Masazır qəsəbəsində qətl baş verib.
Hadisə avqustun 12-də saat 22 radələrində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Sahil Nuriyev kəsici-deşici alətlə qətlə yetirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseyn Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.аz