top
Moskva univermağının binasında qanunsuz təmir işləri aparılıb
31 oktyabr 2025, 10:18
- ↺ +

"Moskva" univermağının binasında qanunsuz təmir işləri aparılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsində yerləşən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş "Moskva" univermağının binasına baxış keçirilən zaman qanunsuz təmir işlərinin aparıldığı aşkar edilib.

Bu barədə Bakuplus.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Baxış zamanı "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozularaq, layihəsi razılaşdırılmadan genişmiqyaslı təmir və söküntü işlərinin aparıldığı müəyyən edilib. Abidənin arakəsmə divarları sökülüb, pilləkən hissəsində ağır dəmir konstruksiya quraşdırılaraq əlavə sahə yaradılıb, döşəməyə beton tökülüb, ticarət zalında dəmir konstruksiyalar vasitəsilə əlavə mağazalar inşa edilib.

"Qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilən təmir-tikinti işləri nəticəsində binanın orijinal memarlıq quruluşu dəyişdirilib, daxili plan həlli pozulub, tarixi abidə öz autentik dəyərini itirmək təhlükəsi ilə üz-üzə qalıb.

Qanunsuz təmir işlərinin dayandırılması və həyata keçiriləcək işlərin layihəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılması ilə bağlı xəbərdarlıqlara istifadəçi tərəfindən məhəl qoyulmayıb.

İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin razılaşdırılmadan yeni quruluşa salınması, zahiri görkəminin dəyişdirilməsinə görə inzibati protokol tərtib edilib və Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Diqqətə çatdırılıb ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər onların layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

Bir daha bütün vətəndaşları tarixi irsimizə həssas yanaşmağa çağırır, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasını tələb edirik.

Qeyd edək ki, 1970-ci illərdə inşa edilən "Moskva" univermağının binasının Ulu öndər Heydər Əliyevin iştirakı ilə açılışı həyata keçirilib və dövrünün ən böyük ticarət mərkəzi kimi insanların xidmətinə verilib", - məlumatda deyilir.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Xəbər
Bu gün, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Siyasət
Dünən, 21:00

Mehdiyev dövlət təltiflərini də itirəcək

Siyasət
Dünən, 20:43

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Xəbər
Dünən, 17:28

Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Xəbər
Dünən, 17:26

Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb

Siyasət
Dünən, 17:17

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb

Xəbər
Dünən, 16:55

Bakıda kişi paltaryuyan maşının səsinə görə arvadını döydü

Xəbər
Dünən, 16:33

Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?

Aktual Xəbərlər
Dünən, 15:21

"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib

Xəbər
Dünən, 14:37

Model Razi Əliyevanı döyən iş adamına 9 il 6 ay HƏBS

Xəbər
Dünən, 13:37

Azərbaycanda icra başçısı cərimələndi

Siyasət
Dünən, 13:17

Penitensiar xidmətə yeni rəis təyin edildi

Xəbər
Dünən, 11:47

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Xəbər
Dünən, 11:23

Kişi telefonuna baxmaq istəyən sevgilisini döydü

Siyasət
Dünən, 11:08

Azərbaycan Prezidenti: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi birləşdilər

Siyasət
Dünən, 11:08

Prezident: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır

Siyasət
Dünən, 10:43

İlham Əliyev Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb

Xəbər
Dünən, 10:30

Bakıda yeni park salınır - FOTO

Xəbər
Dünən, 10:11

İdarə əməkdaşları zibil yeşiklərini oğurladılar - 70 manata satdılar

Xəbər
Dünən, 09:41

23 yaşında vəfat etdi, nişanlısı bir daha ailə qurmadı - Dahi bəstəkarın anım günüdür

Xəbər
Dünən, 09:21

Nərimanov rayonunda bəzi ərazilərdə qaz təchizatında fasilə yaranacaq

Xəbər
Dünən, 09:14

Yasamalın bir hissəsində bu gün elektrik enerjisi olmayacaq

Xəbər
Dünən, 09:10

"Ceyhun Sabunçu" ləqəbli Cəlal Mirağayevin qətli ilə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Oxşar xəbərlər