top
Müasir tibb fiziki aktivliyin nə qədər vacib olduğunu vurğulayır – Mama-ginekoloq
05 avqust 2025, 15:02
- ↺ +

"Müasir tibb fiziki aktivliyin nə qədər vacib olduğunu vurğulayır" – Mama-ginekoloq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Hamiləlik hər bir qadının həyatında dəyişikliklərlə dolu xüsusi bir dövrdür. Əvvəllər hamilələrə daha çox dincəlmək tövsiyə edilsə də, müasir tibb artıq fiziki aktivliyin nə qədər vacib olduğunu vurğulayır".

Bakuplus.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan "Sağlam radio"da mama-ginekoloq Flora Hüseynova açıqlayıb.

Onun sözlərinə görə, hər hamiləlik fərdi olduğundan, istənilən məşqə başlamazdan əvvəl mütləq həkiminizlə məsləhətləşmək vacibdir:

"Fiziki aktivlik hamiləlik dövründə həm ana, həm də körpə üçün bir çox müsbət təsirə malikdir. O, enerjinizi artırır və yorğunluğu azaldır, əhval-ruhiyyənizi yaxşılaşdırır və yuxu keyfiyyətini artırır. Həmçinin, hamiləliklə bağlı tez-tez rast gəlinən şikayətləri, məsələn, bel ağrısı, şişkinlik və qəbizlik kimi problemləri yüngülləşdirir. Düzgün fiziki aktivlik sağlam çəki artımını dəstəkləyir və hamiləlik diabeti riskini azaldır. Ən əsası isə, bu aktivliklər doğuşa hazırlığı artırır, bədəni gücləndirərək doğuş prosesini asanlaşdıra bilər, eyni zamanda doğuş sonrası bərpanı sürətləndirir".

F.Hüseynova qeyd edib ki, hamiləlikdə seçilə biləcək təhlükəsiz aktivliklərə piyada gəzinti (ən sadə və effektiv), üzgüçülük (oynaqlar üzərində təzyiqi azaldır), hamilələr üçün yoqa və pilates (çevikliyi və balansı artırır) daxildir. Bəzən stasionar velosiped və yüngül güc məşqləri də tövsiyə oluna bilər. Ancaq kontakt idman növlərindən, yıxılma riski yüksək olan fəaliyyətlərdən (xizək sürmək kimi) və bədən istiliyini çox artıran məşqlərdən (sauna, isti vanna kimi) uzaq durmaq lazımdır".

Mama-ginekoloq bildirib ki, fiziki aktivlik zamanı bəzi əsas məqamlara diqqət yetirmək vacibdir:

"Hər şeydən əvvəl, həmişə bədəninizin siqnallarına qulaq asın. Yorğunluq, nəfəs darlığı, baş gicəllənməsi, qarın ağrısı və ya digər narahatedici əlamətlər hiss etsəniz, dərhal məşqi dayandırın və həkiminizə müraciət edin. Bol su için və məşqi mülayim tempdə aparın. Unutmayın ki, hamiləlikdə məqsəd yüksək performans deyil, sadəcə aktiv və sağlam qalmaqdır. Hamiləlikdə fiziki aktivlik, həkim nəzarəti altında edildikdə, həm sizin, həm də körpənizin sağlamlığı üçün çox dəyərli bir addımdır".

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Xəbər
Bu gün, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Siyasət
Dünən, 21:00

Mehdiyev dövlət təltiflərini də itirəcək

Siyasət
Dünən, 20:43

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Xəbər
Dünən, 17:28

Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Xəbər
Dünən, 17:26

Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb

Siyasət
Dünən, 17:17

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb

Xəbər
Dünən, 16:55

Bakıda kişi paltaryuyan maşının səsinə görə arvadını döydü

Xəbər
Dünən, 16:33

Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?

Aktual Xəbərlər
Dünən, 15:21

"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib

Xəbər
Dünən, 14:37

Model Razi Əliyevanı döyən iş adamına 9 il 6 ay HƏBS

Xəbər
Dünən, 13:37

Azərbaycanda icra başçısı cərimələndi

Siyasət
Dünən, 13:17

Penitensiar xidmətə yeni rəis təyin edildi

Xəbər
Dünən, 11:47

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Xəbər
Dünən, 11:23

Kişi telefonuna baxmaq istəyən sevgilisini döydü

Siyasət
Dünən, 11:08

Azərbaycan Prezidenti: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi birləşdilər

Siyasət
Dünən, 11:08

Prezident: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır

Siyasət
Dünən, 10:43

İlham Əliyev Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb

Xəbər
Dünən, 10:30

Bakıda yeni park salınır - FOTO

Xəbər
Dünən, 10:11

İdarə əməkdaşları zibil yeşiklərini oğurladılar - 70 manata satdılar

Xəbər
Dünən, 09:41

23 yaşında vəfat etdi, nişanlısı bir daha ailə qurmadı - Dahi bəstəkarın anım günüdür

Xəbər
Dünən, 09:21

Nərimanov rayonunda bəzi ərazilərdə qaz təchizatında fasilə yaranacaq

Xəbər
Dünən, 09:14

Yasamalın bir hissəsində bu gün elektrik enerjisi olmayacaq

Xəbər
Dünən, 09:10

"Ceyhun Sabunçu" ləqəbli Cəlal Mirağayevin qətli ilə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Oxşar xəbərlər