Bakının Pirallahı rayonu, Dübəndi qəsəbəsində sakin qanunsuz saxladığı odlu silah-sursatı polisə təhvil verib. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Adıçəkilən qəsəbə sakini silah-sursatı təhvil vermək üçün polisə müraciət edib. Ünvana baxış keçiriləndən sonra “Kalaşnikov” markalı avtomat, sandıqça və 141 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb və vətəndaşa təşəkkür edilib.
Profilaktiki işlər davam edir.