top
Psixoloq: Təhlükə artıq küçədə deyil, sosial şəbəkələrdədir
10 iyun 2026, 17:12
- ↺ +

Psixoloq: "Təhlükə artıq küçədə deyil, sosial şəbəkələrdədir"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna təklif olunan dəyişikliklər müzakirə olunub.

Layihəyə əsasən, 16 yaşı tamam olmayan şəxslərin yaş məhdudiyyəti nəzərdə tutulan sosial şəbəkə platformalarında şəxsi hesab açmasına icazə verilməməsi təklif edilir.

Dəyişikliklərdə həmçinin internet provayderləri və platformalar üçün yeni öhdəliklər müəyyənləşdirilir. Tələblərə əməl etməyən fiziki və hüquqi şəxslər üçün isə yüksək məbləğdə cərimələrin tətbiqi nəzərdə tutulur.

Sosial şəbəkələrdən istifadə yaşının artırılması ilə bağlı təşəbbüslər təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də müzakirə olunur və bəzi hallarda tətbiq edilir. Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi, zərərli məzmunlardan qorunması və sosial şəbəkə asılılığının qarşısının alınması məqsədilə bir sıra dövlətlər yaş məhdudiyyətlərinin sərtləşdirilməsi istiqamətində addımlar atıblar. Azərbaycanda da bu istiqamətdə təklif olunan dəyişikliklər cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Azərbaycanda sosial şəbəkələrə qoşulma yaşının 16-ya qaldırılması yeniyetmələrin psixoloji sağlamlığının qorunmasına kömək edə bilərmi?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, sosial şəbəkələrdən istifadə ilə bağlı yaş məhdudiyyətinin tətbiqi müsbət addım ola bilər, lakin burada əsas məsuliyyət valideynlərin üzərinə düşür:

"Bu gün bir çox hallarda valideynlər özləri övladlarından sosial şəbəkələrdə hesab açmağı xahiş edirlər. Halbuki, hazırkı dövrdə uşaqlar üçün sosial şəbəkədə hesab yaratmaq heç də çətin deyil. Ona görə də ilk növbədə valideyn nəzarəti vacibdir.

Valideyn övladına nə zaman telefon verməli olduğunu bilməlidir. Təəssüf ki, bəzi valideynlər uşaqları hələ körpə yaşlarından telefona alışdırırlar. Məsələn, uşağın yemək yeməsi üçün ona telefon verilir və zamanla bu vərdiş asılılığa çevrilir. Valideynlər telefon verməklə övladlarını təhlükədən qoruduqlarını düşünsələr də, əslində fərqli risklərlə üz-üzə qoyurlar. Əvvəllər uşaqları qaranlıq küçələrdən qorumaq üçün evə çağırırdılar, indi isə həmin təhlükələr telefonların içindədir. Bu səbəbdən uşaqların sosial şəbəkələrdə nəzarətsiz fəaliyyəti müxtəlif problemlərə yol aça bilər. Uşaqlara telefon verilməsi ilə bağlı müəyyən yaş həddinin olması vacibdir".

"Yaş məhdudiyyəti ilə bağlı qaydalara hər kəs əməl etsə, uşaqların zərərli və ya yaşlarına uyğun olmayan informasiyalara çıxışının qarşısını qismən almaq mümkün olar. Sosial şəbəkələrdə həm müsbət, həm də mənfi nümunələr mövcuddur. Valideynlər çox zaman bunun fərqində olmadan övladlarına telefon təqdim edirlər. Məktəblərdə də telefon istifadəsinə nəzarət gücləndirilməlidir.

Telefon uşaqlar üçün yalnız əyləncə vasitəsi olmamalıdır. Ondan təhsil və inkişaf məqsədilə də istifadə etmək mümkündür. Təəssüf ki, bir çox hallarda düzgün istiqamətləndirmə aparılmır.

Sosial şəbəkələrin müsbət tərəfləri də var. Xüsusilə ünsiyyət qurmaqda çətinlik çəkən insanlar burada yeni əlaqələr yarada, dostluq edə bilərlər. Bununla belə, uşaqların təhlükəsizliyi baxımından müəyyən yaş məhdudiyyətlərinin tətbiqi vacibdir. Eyni zamanda, valideynlərin maarifləndirilməsi istiqamətində də ciddi işlər görülməlidir", - deyə psixoloq vurğulayıb.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Xəbər
Bu gün, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Siyasət
Dünən, 21:00

Mehdiyev dövlət təltiflərini də itirəcək

Siyasət
Dünən, 20:43

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Xəbər
Dünən, 17:28

Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Xəbər
Dünən, 17:26

Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb

Siyasət
Dünən, 17:17

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb

Xəbər
Dünən, 16:55

Bakıda kişi paltaryuyan maşının səsinə görə arvadını döydü

Xəbər
Dünən, 16:33

Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?

Aktual Xəbərlər
Dünən, 15:21

"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib

Xəbər
Dünən, 14:37

Model Razi Əliyevanı döyən iş adamına 9 il 6 ay HƏBS

Xəbər
Dünən, 13:37

Azərbaycanda icra başçısı cərimələndi

Siyasət
Dünən, 13:17

Penitensiar xidmətə yeni rəis təyin edildi

Xəbər
Dünən, 11:47

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Xəbər
Dünən, 11:23

Kişi telefonuna baxmaq istəyən sevgilisini döydü

Siyasət
Dünən, 11:08

Azərbaycan Prezidenti: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi birləşdilər

Siyasət
Dünən, 11:08

Prezident: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır

Siyasət
Dünən, 10:43

İlham Əliyev Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb

Xəbər
Dünən, 10:30

Bakıda yeni park salınır - FOTO

Xəbər
Dünən, 10:11

İdarə əməkdaşları zibil yeşiklərini oğurladılar - 70 manata satdılar

Xəbər
Dünən, 09:41

23 yaşında vəfat etdi, nişanlısı bir daha ailə qurmadı - Dahi bəstəkarın anım günüdür

Xəbər
Dünən, 09:21

Nərimanov rayonunda bəzi ərazilərdə qaz təchizatında fasilə yaranacaq

Xəbər
Dünən, 09:14

Yasamalın bir hissəsində bu gün elektrik enerjisi olmayacaq

Xəbər
Dünən, 09:10

"Ceyhun Sabunçu" ləqəbli Cəlal Mirağayevin qətli ilə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Oxşar xəbərlər