Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Bu barədə Bakuplus.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, gündüz bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-18° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq.