top
Uşaq həkim səhvindən problemli doğulub? – Yazıçıdan iddia
01 oktyabr 2025, 16:44
- ↺ +

Uşaq həkim səhvindən problemli doğulub? – Yazıçıdan iddia

"Təxminən on gün öncə bacım Gülənay Məmmədovanın "Məlhəm" hospitalda ilk övladı dünyaya gəldi, amma həkim səhlənkarlığından uşaq problemli doğuldu".

Bu barədə jurnalist Ulucay Akif sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, körpənin beynində ciddi problemlər, sinir zədələnməsi var: "Kompüter tomoqrafiyasının nəticələrinə görə onun həyatda qalması qeyri-mümkündür. Bunu həm "Məlhəm" xəstəxanasının həkimləri, həm də digər xəstəxanaların həkimləri təsdiq edirlər. Artıq uşağın həyatda qalmayacağı həqiqətini qəbullanmışıq, çünki müayinə nəticələrinə baxıb ümidli nəsə deyən bircə nəfər də olmadı. "Məlhəm" hospitalı özü də bunu təsdiqləməsinə rəğmən uşağı hələ də küvəzdə saxlayır neçə gündür. Uşaq nə gözlərini açır, nə də nəyəsə reaksiya verir. Amma xəstəxana israrla bizə bu zülmü yaşadır.

Üstəlik, doğuşu gerçəkləşdirən həkim Pərvin Xəlilova doğuşdan sonra öz cinayət xarakterli əməllərini pərdələmək məqsədilə bacımı ittiham edir. Guya problemin uşağın göbək ciyəsində düyün olması, ciyənin iki dəfə uşağın boynuna dolanmasında olduğunu deyir.  Buna aid mesajlar da yazıb bacıma və prokurorluğa ərizəmizə o mesajları da əlavə etmişik".

Şikayətçi qeyd edib ki, həkim problemin uşağın göbək ciyəsində düyün olması, ciyənin iki dəfə uşağın boynuna dolanması ilə əlaqələndirib: "Məsələ odur ki, 8 aylıq hamiləlik dönəmində, həmçinin "Məlhəm" hospitalında müayinələr zamanı bacıma bu cür problemlərin olduğu deyilməyib. Ciyənin iki dəfə uşağın boynuna dolanmasını sentyabrın 3-də USM müayinəsi nəticəsində bilmişik. Əgər bu hal normal doğumun həyata keçirilməsi üçün problem yarada bilərdisə, həkim bununla bağlı ərizəçini məlumatlandırmalı və ona mümkün riskləri izah etməli idi. Hazırda "Məlhəm" hospitalı bizə sözün hər mənasında əzab yaşadır. Mənasız bir gözləyiş içində qalmışıq, məsuliyyətdən yayınmaq üçün də sadəcə vaxt qazanmağa çalışırlar. O günahsız körpə də orada əziyyət çəkir, bacım da, biz də..."

Problemlə bağlı "Məlhəm" hospitaldan bildirilib ki, şikayət əsassızdır, hadisə ilə bağlı tibb müəssisəsində mətbuat konfransının təşkil olunacaq.

Doğuşu həyata keçirən həkim-ginekoloq Pərvin Xəlilova  məsələ ilə bağlı yenisabah.az verərək bildirib ki, pasiyent bizim çox sevimli işçimizdir: "Mən onu anlayıram. Ana olub və nəticə uğursuz olduğuna görə, emosional reaksiyalar təbiidir. Amma burada belə bir məqam var: 20 ildir bu sahədəyəm, hələ belə hadisə ilə qarşılaşmamışam. Kitablarda və ədəbiyyatlarda oxumuşdum, lakin praktikamda ilk dəfədir. Son ana qədər uşağın ürək vurğusu normal olub, heç bir problem müşahidə edilməyib. Doğuş zamanı məlum oldu ki, uşaq həm iki dəfə dolanma, həm də həqiqi düyünlə doğulub. Məhz bu düyün son 4-5 dəqiqədə uşağa boğulma effekti yaradıb. Nəticədə beyin işemiyası ocaqları meydana çıxıb.

Biz ailəyə izah etdik ki, qidalanma pozuntusu da bu səbəbdən baş verib. Normalda iki dəfə dolanma olduqda əməliyyata keçmirik. Protokola görə, ancaq ürək döyüntüsündə problem yaranarsa, təcili əməliyyat edilir. Bu halda isə belə hal olmayıb. Ana nəzarət altında idi, sadəcə doğum gücü zəifliyi vardı.

Doğuşun sonunda epiziotomiya etdik, amma uşaq doğulduqdan sonra ağlamadı. Göbək bağına baxanda düyün və dolanma aşkar olundu. Hazırda uşağın durumu nəzarətdədir, aparatdan ayrılıb, irəliləyiş var. Amma beyin işemiyası nəticəsində müəyyən ocaqlar qalacaq".

Həkim qeyd edib ki, doğuş normal keçib, anada qanaxma və fəsad olmayıb: "Protokollara görə bəzi hallarda maşa ilə müdaxilə olunur, amma burada buna ehtiyac olmayıb. Burada həkim səhvi yoxdur, çünki həqiqi düyünü ultrasəs müayinəsi ilə görmək mümkün deyil, yalnız doğuş zamanı aşkarlanır. Xəstəxananın rəhbərliyi uşağı tamamilə təmənnasız nəzarətə götürüb. Mən də pul almamışam, çünki pasiyent bizim əməkdaşımızdır. Hazırda bütün imkanlar səfərbər olunub".

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Bu gün, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Bu gün, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Bu gün, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Bu gün, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Bu gün, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Bu gün, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Bu gün, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Bu gün, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Bu gün, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Bu gün, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Bu gün, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
Dünən, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Dünən, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Dünən, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Dünən, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Dünən, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Dünən, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Dünən, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Dünən, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Dünən, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Dünən, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Dünən, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Oxşar xəbərlər