top
Zirvəyə bir addım qalmışdı, lakin məni geri dönməyə məcbur etdilər -  Antarktidadan MÜSAHİBƏ
06 dekabr 2025, 16:20
- +

"Zirvəyə bir addım qalmışdı, lakin məni geri dönməyə məcbur etdilər" - Antarktidadan MÜSAHİBƏ

Elmira Aslanova - Everestə qalxan ilk azərbaycanlı qadındır. Bir neçə gün əvvəl alpinist Antarktidanın ən hündür nöqtəsi olan Vinson zirvəsinə (4892 metr) də qalxıb. O, bu səfərə "7 zirvə" layihəsi çərçivəsində yollanıb. Layihənin məqsədi hər bir qitənin ən yüksək nöqtəsini fəth etməkdir. Elmiranın Antarktidaya çatması "ALE" (Antarctic Logistics & Expeditions) şirkəti sayəsində mümkün olub. Bu şirkət qitəyə uçuşları həyata keçirən yeganə təşkilatdır və fəaliyyəti qlobal elmi proqramlar və beynəlxalq razılaşmalarla tənzimlənir.

Antarktidada olarkən Elmira Aslanova idman.biz-ə Vinsonun zirvəsinə qalxması barədə danışıb.

- Antarktidada yüksəlişə hazırlığın özəlliyi nədədir?

- Vinson dağına qalxmağı çətinliyi ekstremal hava şəraiti ilə seçilir. Hazırda burada qütb yay mövsümüdür, günəş batmır, sadəcə dairəvi hərəkət edir, amma temperatur yenə də çox aşağıdır: minimum –25°C, zirvədə isə –30–40°C olur. Bütün bunlara güclü, kəskin soyuq küləklər də əlavə olunur. Günəş dağın arxasına keçən kimi kölgədə temperatur dərhal daha da aşağı düşür.

Bu səbəbdən hazırlıq zamanı əsas diqqət geyimə və avadanlığa yönəlir. Vinson barmaqların və burunun donması hallarının tez-tez yaşandığı zirvə kimi tanınır. Mən təşkilatçı komandanın tövsiyə etdiyi ən isti əlcəkləri aldım və Everestə qalxdığım xüsusi geyimi də özümlə götürdüm. Yəni ən isti və etibarlı bütün avadanlığım yanımda idi.

Vinsonun digər dağlardan əsas fərqlərindən biri - bütün avadanlığı və qidaları tam şəkildə özümüz daşımağımızdır. Heç bir köməkçi yoxdur. İkinci düşərgədən – "Low Camp"dan "High Camp"a qədər ağır çantalarla sıldırım yamacdan jumarın köməyi ilə qalxırdıq. Xüsusilə mənim üçün bu daha çətin idi, çünki səhhətimlə bağlı demək olar üç ay məşq edə bilməmişdim.

- Materikə necə çatdınız?

- Biz Çilinin Punta-Arenas şəhərinə uçduq, buradan isə təxminən dörd saatlıq uçuşla Antarktidaya yollandıq. "Union Glacier" adlı kiçik düşərgəyə endik. Ora turistlərin, alimlərin və tədqiqatçıların gəldiyi bir mini-mərkəzdir. Çətin şəraitə baxmayaraq, olduqca rahatdır: geniş çadırlar, "İsveç masası", mühazirələr və filmlər üçün ayrıca çadırlar, hətta duş otaqları da var. İstəyən müxtəlif idman növləri ilə məşğul ola bilər.

"Union Glacier"dən isə kiçik təyyarə ilə baza düşərgəsinə uçduq və zirvəyə piyada yürüşümüz məhz oradan başladı.

- Antarktida sizdə hansı təəssüratları yaratdı?

- Mən ora heyranam. Əgər Vinson dağı və "7 zirvə" layihəsi olmasaydı, bəlkə də heç vaxt buraya gəlmək haqqında düşünməzdim. Bu qitənin enerjisi, gücü, təmizliyi sözlə ifadə olunmayacaq qədər möhtəşəmdir. Mən təsəvvür belə etmirdim ki, Antarktida bu qədər geniş və müxtəlifdir. Elə bilir ora yalnız buz və qardır. Amma əslində bu məkan sözün əsl mənasında valehedicidir.

Burada qoxular yoxdur, amma bəzən xüsusi, heç nəyə bənzəməyən bir təmizlik ətri hiss olunur. ALE kampaniyası da daxil olmaqla hər kəs qaydalara əməl edir: kimsə gətirdiyi hər şeyi mütləq geri aparmalıdır. Antarktidaya böyük sevgi və həssaslıqla yanaşırlar. Burası sülh və elmin məkanıdır və məncə, elə bu münasibət də qitənin enerjisini gücləndirir.

- Yüksəlişin ən çətin mərhələsi hansı oldu?

- Ən böyük çətinlik tam gözləmədiyim anda yarandı. Adətən zirvəyə çıxış yeddi saat çəkir. Zirvəyə təxminən 1,5 saat qalanda xoşagəlməz hadisə baş verdi. Eynəyimin yan qoruyucusu açıldı və mən onu düzəltmək üçün çox isti əlcəyimi çıxardım. Altında nazik əlcəklər vardı və bir neçə saniyənin içində əllərim donmağa başladı.

Bunu görən bələdçi dərhal əlcəkləri taxmağımı əmr etdi və xəbərdarlıq etdi ki, barmaqlarım donarsa, məni aşağı qaytaracaq. Buna inanmaq istəmirdim. Amma bir müddət sonra eynəyin buzunu təmizləmək üçün əlcəyi yenidən çıxarmalı oldum və bələdçi radio ilə reyncerlərə məni düşürmələri üçün siqnal verdi.

Zirvəyə cəmi 1,5 saat qalmışdı! Nə qədər yalvarsam da, bələdçi təkrar edirdi: "Elmira, zirvə əsas deyil. Mən sənin barmaqlarınla risk edə bilmərəm". Mən dedim ki, yalnız bir şərtlə enərəm - sabah yenidən cəhd etməyimə icazə versinlər. O isə yalnız: "Baxarıq" - dedi. Beləcə, mən nəzarətçi ilə birlikdə geri döndüm. Yol boyu baş verənlərə inanmırdım - bütün yolu demək olar gəlmişdim, amma zirvəyə çatmamışdım.

Düşərgəyə çatar-çatmaz yenidən cəhd etmək istədiyimi bildirdim. Reyncerlər bunun mümkün olmadığını, belə bir halın onlara ilk dəfə təsadüf etdiyini dedilər. Çünki ikinci gün ardıcıl qalxmaq üçün güc qalmır. Amma mən israr edirdim. Sonda sabah rəhbərliklə məsləhətləşib qərar verəcəklərini dedilər. Gecəni demək olar yatmadım – bilirəm ki, güc toplamaq üçün dincəlmək lazımdır, amma ikinci şans verilməməsi fikri məni rahat buraxmırdı

Səhər mənə bildirdilər ki, bələdçi Tom və reyncerlə birlikdə zirvəyə gedə bilərəm. Onlar onsuz da marşrutda göstəriciləri yeniləmək üçün yuxarı qalxacaqdılar. Çox xoşbəxt idim. Tom ilk andan dedi: "Mən əminəm ki, sən zirvəyə çatacaqsan". Elə də oldu - mən zirvəyə çıxdım, hətta əvvəlki gündən daha sürətli.

- Bu səfər sizə nə verdi?

- Mənim üçün dağlar ilk növbədə mənəvi yolculuqdur, özünü dərk prosesidir. Yüksəliş zamanı çox şey anlayıram. Ona görə də heç vaxt yanımda kitab götürmürəm - sadəcə müşahidə edirəm, təbiəti qəbul edirəm. Bu dəfə bir daha əmin oldum: əgər bu sənin yolundursa, hər şey olması lazım olduğu kimi olur. Bir anda "uğursuzluq" kimi görünən şey bəzən daha böyük planın bir hissəsi olur - sadəcə biz bütöv mənzərəni görmürük.

 

Son xəbərlər

Xəbər
Bu gün, 16:05

Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı

Xəbər
Bu gün, 14:07

"Problem həll olunub" deyilmişdi, tələbə etiraz etdi: "Mənə heç nə deyilməyib"

Xəbər
Bu gün, 10:34

Arvadının maşınını düzəltdirmədi deyə evdə dava düşdü

Xəbər
Bu gün, 09:45

3 yaşlı uşağın ət maşınında qalan əli əməliyyatla bərpa edildi

Xəbər
Bu gün, 09:00

Görkəmli sənətkar Yaşar Nurinin doğum günüdür

Xəbər
Dünən, 18:00

"Neftçi"də növbəti ayrılıq - Kenan Piriçlə müqaviləyə xitam verildi

Xəbər
Dünən, 17:00

Bakıda 71 məzun məktəbi qızıl və gümüş nişanla bitirib

Xəbər
Dünən, 16:50

Bülbülənin səssiz yadigarı – Əlican və Vəlican hamamı

Xəbər
Dünən, 16:05

Bakıda 68 yaşlı ustanı "tok" vurub öldürdü

Xəbər
Dünən, 15:05

Məhbus onu ittiham edən prokuroru məhkəməyə verdi

Xəbər
Dünən, 14:05

DİN aldadıcı zənglərlə bağlı çağırış etdi

Xəbər
Dünən, 13:40

"TikTok"da canlı yayımda "cin çıxarırdı"- Saxlanıldı

Xəbər
Dünən, 12:46

Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür

Xəbər
Dünən, 12:26

Anar Bayramov: Daha çox nəticə göstərən həkimlərimiz artıq əməkhaqqı almalıdır

Xəbər
Dünən, 12:07

"Yaşına uyğun bəzənmirdi" – Anasını öldürən Emilin ifadəsi

Xəbər
Dünən, 11:58

72 mindən çox tibb işçisinin maaşı artırıldı - RƏSMİ

Xəbər
Dünən, 11:20

Kişi uşaqlarını pişik olan evə buraxmadı - Qadın da üzünü cızdı

Xəbər
Dünən, 10:42

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Xəbər
Dünən, 10:09

"Uşağı incitməsinlər deyə pul ödəyirik": dövlət bağçalarında valideynlərdən niyə ödəniş alınır?

Xəbər
Dünən, 09:59

Xarici diplomlarını tanıtmaq istəyənlərin NƏZƏRİNƏ

Xəbər
01 sentyabr 2026, 17:09

Səhiyyə Nazirliyi uşaqları bağçaya gedən valideynlərə müraciət edib

Xəbər
01 sentyabr 2026, 16:10

Küləyə qarşı "tədbir": Soyuducu-vitrini ağaca bağladılar - VİDEO

Xəbər
01 sentyabr 2026, 15:17

Azərbaycanda balıq ovu mövsümü açıq elan edildi

Xəbər
01 sentyabr 2026, 14:20

Məktəbdən NARAZILIQ: "Bəs nazirlik nə işlə məşğuldur?" - VİDEO

Oxşar xəbərlər