top
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məmməd Yusif Cəfərov
06 fevral 2024, 08:00
- +

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məmməd Yusif Cəfərov

Məmməd Yusif Hacıbaba oğlu Cəfərov 14 (20) mart 1885-ci ildə Bakıda anadan olub. O, görkəmli pedaqoq, jurnalist Əli İsgəndər Cəfərzadənin kiçik qardaşıdır.

1907-ci ildə Bakıda kişi gimnaziyasını bitirən Cəfərov Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. O, Moskvada oxuyan azərbaycanlı tələbələrin təşkil etdiyi Azərbaycan etnoqrafik konsert gecələrinin və Azərbaycan həmyerlilər təşkilatının əsas rəhbərlərindən biri idi. Cəfərov öz tələbə dostlarını bu təşkilatlarda elmə, biliyə yiyələnməklə yanaşı, xalqın azadlığı uğrunda mübarizədə birliyə çağırıb.

1912-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən Cəfərov həmin il Peterburqda açılan IV Dövlət Dumasına Bakı, Gəncə və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən deputat seçilib. O, Dumada kadet partiyasına qoşulub, çıxışlarında çar hökumətinin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid edib.

1917-ci ilin Rusiyada fevral-burjua inqilabından sonra Məmməd Yusif daxil olmaqla Dövlət dumasının 5 nəfər üzvündən ibarət xüsusi Zaqafqaziya Komitəsi yaradıldı. Komitədə sənaye və ticarət işlərinə rəhbərlik Cəfərova tapşırıldı. [Musa Qasımlı, Elmira Hüseynova. Azərbaycanın xarici işlər nazirləri. Bakı-2003]

28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunur və Cəfərov Xoyskinin təşkil etdiyi birinci kabinədə sənaye və ticarət naziri olur. O, birinci hökumətin istefaya getməsi ilə bağlı işdən çıxır, sonra isə Azərbaycan hökumətinin Gürcüstan hökuməti yanında diplomatik nümayəndəsi vəzifəsini icra edir. Sonra o, Nazirlər Şurasının sədri Yusifbəylinin təşkil etdiyi kabinədə Xarici İşlər naziri təyin olunur. Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınmasında onun xidmətləri var.

Cəfərov 1919-cu ilin oktyabrında Türk ədəmi-mərkəziyyət Partiyası Müsavatın sıralarına daxil olmuşdur. Həmin ilin dekabrında Yusifbəyli kabinəsi istefaya çıxdığı üçün o da tutduğu vəzifəni tərk etmişdir. Cəfərov 1920-ci ilin fevralında Azərbaycan parlamentinin sədrinin müavini vəzifəsinə seçilmişdir. Parlament sədri Ə.Topçubaşov Bakıda olmadığı üçün Cəfərov aprelin 27-nə qədər həmin vəzifəni icra etmişdir.

Sovet dövründə Cəfərov Azərbaycan pambıqçılıq trestində və Azərbaycan şərabçılıq trestində hüquq məsləhətçisi vəzifəsində işləyib. [Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Bakı-2014]

Məmməd Yusif Cəfərov 15 may 1938-ci ildə Bakıda vəfat edib və Şağan kəndində dəfn olunub. Bakıda Cəfərov qardaşlarının adını daşıyan küçə mövcuddur.

Son xəbərlər

Sabunçu
Bu gün, 14:20

Bakıda DƏHŞƏT: 34 yaşlı kişini qohumu öldürdü

Xəbər
Bu gün, 13:20

Hər iki ayağı kəsilən bakılı korifeyin anım günüdür

Xəbər
Bu gün, 12:46

Bakıda sabahın havası

Xəbər
Bu gün, 12:20

16 azyaşlı xilas edildi

Xəbər
Bu gün, 12:10

Əfsanəvi bakılı döyüşçünün doğum günüdür

Xəbər
Bu gün, 11:20

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Xəbər
Bu gün, 10:20

Bakıxanov qəsəbəsində zəncirvari qəza

Xəbər
Bu gün, 09:47

Səhiyyə Nazirliyi yayılmış xəstəliklərlə bağlı əhaliyə müraciət etdi

Xəbər
Bu gün, 09:20

Bakıda kişi evdə yanaraq ölüb

Xəbər
Dünən, 21:00

22-29 dekabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 18:34

Nura şou-biznesin "mafiya" sistemi haqqında kitab yazır

Xəbər
Dünən, 18:29

"Pul bunların gözünü örtüb" - Qurban Qurbanov

Cəmiyyət
20 dekabr 2025, 17:35

Bakıda işlədiyi evdə oğurladığı dollarların yerinə saxtalarını qoyan usta saxlanılıb

Xəbər
20 dekabr 2025, 16:21

Evlənmək istəyən oğul qənddanı anasının BAŞINA ÇIRPDI

Cəmiyyət
20 dekabr 2025, 15:26

Bazar gününün havası açıqlanıb

Xəbər
20 dekabr 2025, 14:38

Məleykə Abbaszadə: "Kamran Əsədovun adını görəndə təəccübləndim"

Xəbər
20 dekabr 2025, 13:22

"Socar"ın əməkdaşı taksi sürücüsünü döydü, həbs olundu

Cəmiyyət
20 dekabr 2025, 12:26

Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı

Xəbər
20 dekabr 2025, 11:49

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - FOTO

Xəbər
20 dekabr 2025, 10:04

Bakıda məktəbdə qorxulu anlar: Boğulan şagird belə xilas edildi

Cəmiyyət
20 dekabr 2025, 09:11

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Xəbər
19 dekabr 2025, 18:00

AQTA saxta spirtli içkilərlə bağlı istehlakçılara müraciət etdi

Xəbər
19 dekabr 2025, 17:00

Üzərinə dəmir konstruksiya aşan işçi öldü

Xəbər
19 dekabr 2025, 16:15

Bakıda DƏHŞƏT: Kişi binadan yıxılıb öldü

Oxşar xəbərlər