top
26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü
26 oktyabr 2025, 00:23
- +

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Bakuplus.az 26 oktyabr 2020-ci ildə cərəyan edən hadisələrin xronikasını təqdim edir:

  • Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə bağlı Prezident İlham Əliyev xalqa müraciət edib.
  • Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib.
  • Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib.
  • Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.
  • Ermənistan silahlı qüvvələrinin bölmələri yeni humanitar atəşkəs rejimi qüvvəyə mindikdən bir neçə dəqiqə sonra – saat 08.05-dən etibarən onu kobudcasına pozaraq Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Qubadlı və Laçın istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi, o cümlədən Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Tovuz, Gədəbəy və Daşkəsən rayonlarını müxtəlif növ atıcı silahlardan, minaatanlardan və toplardan atəşə tutub. Saat 18:15-də düşmən "Smerç" yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərinə atəş açıb. Ümumilikdə gün ərzində Tərtər də daxil olmaqla, yaşayış məntəqələrimizə 200-dən çox mərmi atılıb. Canlı qüvvə ehtiyatları tükənməkdə olan düşmən döyüşlərə daha çox könüllüləri, muzdlu və əcnəbi terrorçu döyüşçüləri, o cümlədən uşaqları cəlb etməyə çalışır. Nizami ordumuz düşmənin istənilən hücum və təxribatlarının qarşısını almaq üçün döyüşə tam hazır vəziyyətdədir.
  • Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Padar, Xanlıq kəndlərinin və Qubadlı şəhərinin videogörüntülərini paylaşıb.
  • Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi sentyabrın 27-dən oktyabrın 26-sı saat 12:00-dək ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər xəsarət alıb, 2243 ev, 90 çoxmənzilli yaşayış binası və 402 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
  • Kiçik çavuş Rahib Həşimov döyüş tapşırığını layiqincə yerinə yetirərək düşmənin bir neçə artilleriya qurğusunu məhv edib.

Son xəbərlər

Xəbər
Bu gün, 10:20

Söyüş üstündə qonşunun qulağını dişləyərək qopardı

Xəbər
Bu gün, 09:20

Bakıda faciə: Velosipedçi qəzada öldü

Xəbər
Bu gün, 09:00

Bu gün Od çərşənbəsidir

Xəbər
Dünən, 18:00

Bu tarixdən moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq

Xəbər
Dünən, 17:20

Bakıda sabahın havası

Xəbər
Dünən, 16:29

Qanunsuz saxlanılan xeyli silah-sursat aşkar olunub

Xəbər
Dünən, 15:30

Metronun "Həzi Aslanov" stansiyasının dalanında yenidənqurma işlərinin daha bir mərhələsi yekunlaşdı

Xəbər
Dünən, 14:30

İlqar Əliyevin cəzası azaldıldı

Xəbər
Dünən, 13:30

Buzovnada qanunsuz tikili söküldü

Xəbər
Dünən, 12:36

Azərbaycanda ötən ay 88 nəfər zəhərlənib

Aktual Xəbərlər
Dünən, 11:40

Hacı Şahinin vəfatından 3 il ötür

Xəbər
Dünən, 10:40

Həcc ziyarəti üzrə kvota tamamlanmaq üzrədir - Həftəsonu qeydiyyat bitir

Xəbər
Dünən, 09:42

FHN: Ötən həftə 239 yanğına çıxış olub, 46 nəfər xilas edilib

Xəbər
01 mart 2026, 21:00

2 - 8 MART tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
28 fevral 2026, 16:49

Küçədə öpüşdüyünə görə oğlanı bıçaqladılar — "Ana, bacı var..."

Xəbər
28 fevral 2026, 15:56

Xalq artisti Eldar Mansurovun doğum günüdür

Xəbər
28 fevral 2026, 13:25

Martın ilk günü Bakıda hava necə olacaq?

Xəbər
28 fevral 2026, 12:02

Bakı-Təl-Əviv reysi İsrail hava məkanının bağlı olması səbəbindən geri qayıdıb

Xəbər
28 fevral 2026, 11:14

Bakıda tələbə qızın xəyanətini öyrənən sevgilisi onu döydü

Xəbər
28 fevral 2026, 10:51

DİN: "WhatsApp"dan gələn zənglərə diqqət edin!

Xəbər
28 fevral 2026, 10:01

Atasını qızı ilə cinsi əlaqədə ittiham etdi, öldürdü - Həbs olunmadı

Xəbər
28 fevral 2026, 09:14

Martda 17 gün iş olmayacaq

Xəbər
27 fevral 2026, 18:00

Aqil Abbas: "Ramiz Mehdiyevin evindən 17 milyon pul tapıldı, bu, 10 tammetrajlı film deməkdir"

Xəbər
27 fevral 2026, 17:24

Azərbaycanda sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq ediləcək - SƏRƏNCAM

Oxşar xəbərlər