top
Metronun Həzi Aslanov stansiyasının dalanında yenidənqurma işlərinin daha bir mərhələsi yekunlaşdı
02 mart 2026, 15:30
- ↺ +

Metronun "Həzi Aslanov" stansiyasının dalanında yenidənqurma işlərinin daha bir mərhələsi yekunlaşdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən infrastrukturun yenilənməsi və təhlükəsizlik standartlarının artırılması istiqamətində mühüm layihələrdən biri olan "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinin daha bir mərhələsi tamamlanıb.

Bakuplus.az-ın məlumatına görə, bu barədə QSC-dən bildirilib.

Məlumatda qeyd edilib ki, dalan yolları qatarların çevik idarə olunmasını, qısa intervallarla hərəkətini və texniki xidmətini təmin edən çoxfunksiyalı infrastruktur sahəsidir. Əvvəlki mərhələlərdə bu yollarda söküntü və işlərə hazırlıq məqsədilə müvəqqəti metal konstruksiyalar quraşdırılıb.

280 metrə yaxın sahədə əsaslı təmir işləri üç hissədən ibarət olaraq təşkil edilib və 210 metrə yaxın hissədə təmir yekunlaşdırılıb.

Görülən işlər çərçivəsində yan divarlar və döşəmədə bütün ərazi boyunca məhlulvurma yekunlaşdırılıb, xüsusi boya maddələrinin vurulmasına hazırlıq tədbirləri görülür. Tavan hissədə isə izolyasiya işləri aparılmaqla məhlulvurma əsasən yekunlaşıb. Plana uyğun olaraq, örtük tavasının daha da gücləndirilməsi məqsədilə karbon lifli müasir inşaat materialı ilə izolyasiya aparılacaq.

Orta yolların arakəsmə divarlarından təmirin ilk iki mərhələsinə düşən hissəsi yenidən inşa olunub. Sonuncu hissədə isə söküntü və inşaat işləri aparılır.

Qeyd edilənlərlə yanaşı, infrastrukturun qurulmasına da başlanılıb. Hazırda paralel olaraq drenaj xətləri çəkilir. Yol infrastrukturu və divarlar boyunca kommunikasiya xətlərinin quraşdırılmasına aprel ayından başlanılacaq.

Burada dalan yolları və yoldəyişdirici qurğular müasir dəmir-beton özüllər üzərində yenidən qurulacaq, elektrik təchizatı, rabitə, işarəvermə, videomüşahidə, yanğın təhlükəsizliyi və digər mühüm sistemlər tam müasirləşdiriləcək.

İşlərin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Son xəbərlər

Xəbər
Bu gün, 11:34

"Giləzi-Quşçuluq"un direktoru həbs edildi

Xəbər
Bu gün, 11:24

Bu bağçaya 10 gündür istilik verilmir

Aktual Xəbərlər
Bu gün, 11:08

Bakıda tarixi qapını söküb yerinə şəklini yapışdırıblar

Kriminal
Bu gün, 10:41

Meyvələri pulsuz yedi, satıcını bıçaqladı

Xəbər
Bu gün, 09:40

AZAL "Sərfəli Cümə" kampaniyası elan edir

Aktual Xəbərlər
Bu gün, 08:39

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Bu gün, 00:01

25 noyabr - Kəlbəcərin erməni işğalından azad edildiyi gündür

Xəbər
Dünən, 17:10

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Xəbər
Dünən, 15:41

Ramiz Mehdiyev Əli Kərimlinin məhkəməsinə gəlmədi

İdman
Dünən, 14:36

"Barselona" prezidenti Bakıda belə əyləndi

Xəbər
Dünən, 13:28

Dörd şagirdin sinif yoldaşına zorakılıq etməsi iddiasına MƏKTƏBDƏN CAVAB

Siyasət
Dünən, 11:43

Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib

Kriminal
Dünən, 10:50

20 yaşlı qız bacısını fenə görə bıçaqladı

Xəbər
Dünən, 09:54

Ata və oğlunu öldürmək üçün 6 ay gözləyib - "Adıma əxlaqsız mahnılar yazırdılar"

Xəbər
Dünən, 09:44

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Xəbər
Dünən, 09:35

Bakıda quraşdırılacaq avtobus svetoforlarının iş prinsipi açıqlanıb

Xəbər
23 noyabr 2026, 17:44

Ada Süleymanın öldüyü qəzanın təfərrüatı məlum olub

Aktual Xəbərlər
23 noyabr 2026, 17:30

Azərbaycanda 9 ayda 300-dən çox yaşlı evlənib

Xəbər
23 noyabr 2026, 15:55

Bakı məktəbindən dəhşətli İDDİA: "Qardaşının başını kəsəcəyik" - direktor susur?

Aktual Xəbərlər
23 noyabr 2026, 15:45

İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Xəbər
23 noyabr 2026, 14:38

İşdən çıxarılma xəbərini Qazaxıstanda alıbmış

Aktual Xəbərlər
23 noyabr 2026, 13:00

Ramiz Mehdiyev ailəsi ilə Əli Kərimlinin məhkəməsinə çağırıldı

Xəbər
23 noyabr 2026, 12:04

Öldürdüyü qadının valideynləri kürəkəninin azadlığa çıxmasına etiraz etmir

Aktual Xəbərlər
23 noyabr 2026, 11:28

Bakıda zibil daşıyan sürücü faciəli şəkildə öldü

Oxşar xəbərlər